Futbol üzrə İsveç çempionatında 29-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Sirius”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. “Kalmar” hazırda 34 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.