Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 9-cu turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə-2” – “Kəpəz” matçında “Zirə-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Fərid Bayramov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Turan Tovuz” – “Keşlə-2” matçında “Keşlə-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Qarabağ-2” – MOİK matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Ağsu” – “Neftçi-2” matçında “Neftçi-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Səbail-2” – “Zaqatala” matçının 55-ci dəqiqəsində “Səbail-2”-nin futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.