Yaxın zamanlarda AFFA daha bir bölgə komandasının üzərindən əlini çəkə bilər.
Sportarena.az xəbər verir ki, söhbət "Ağsu"dan gedir. İllərdi bu komanda I Divizionda oynayır və AFFA-nın himayəsi altındadır. Artıq federasiya əlavə xərclərdən yaxa qurtarmaq istəyir. Əvəzedicilərin I Diviziona buraxılması onların işini xeyli rahatladı. İndi rahatlıqla əlavə xərclərdən qurtulmaq olar.
"Kəpəz" və "Turan Tovuz"la müqayisədə "Ağsu" AFFA üçün elə də önəmli deyil. Həm nə mənası var boş yerə hədəfi olmayan bir komandanı saxlamağa. Bir sözlə, növbəti mövsüm "Ağsu"nun dağıldığını görsəniz təəccüblənməyin. (Rekord.az)