Yaqubova növbəti qələbəyə sevinib

17:04 6 Noyabr 2018

Finlandiyada qadın voleybolçular arasında ölkə çempionatının növbəti turunun oyunları keçirilib. 


Sportarena.az xəbər verir ki. Azərbaycan millisinin üzvü Kristina Yaqubovanın şərəfini qoruduğu "LP Viesti" 9-cu turda "Nurmon" klubunu qəbul edib. Görüş Yaqubova və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 hissə davam edən qarşılaşmada meydan sahibləri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:12, 25:9, 25:15). 


Komandasının çətinlik çəkmədən qələbə qazandığı oyunda toppaylayıcımız qonaqları 1 dəfə məyus edib. Bu qələbədən sonra xallarının sayını 23-ə çatdıran "LP Viesti" turnir cədvəlində ən yaxın 4 xal qabaqlayaraq liderliyini möhkəmlədib.


Xəbər xətti