Əzizova Polşa çempionatına məğlubiyyətlə başladı

22:46 6 Noyabr 2018

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova Polşa çempionatında ilk oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Pila" 1-ci tur çərçivəsində "Lodz" klubunu qəbul edib. Görüş Əzizova və rəfiqələrinin üstünlüyü ilə başlayıb. Doğma meydanda baş tutan oyunda "Pila" ilk hissəni öz xeyrinə başa vurub. Lakib bundan sonra üstünlüyü əldən verən komanda yalnız bir setlə kifayətlənməli olub. Voleybollçumuzun komandası 4 hissə davam edən matçda 1:3 (25:16, 20:25, 19:25, 22:25) hesabı ilə uduzub.  

 

"Pila"nın xalsız qaldığı görüşdə Əzizova 20 dəfə fərqlənib.

 


Digər xəbərlər

Xəbər xətti