Futbol üzrə Azərbaycan Birinci Divizionunun 10-cu turunun oyun cədvəlində dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, “Qarabağ” komandasının bir neçə oyunçusunun U-19 millisinin düşərgəsində olduğu üçün Birinci Divizionun 10-cu turunun “Neftçi-2” - “Qarabağ-2” matçı təxirə salınıb.
“Qarabağ” klubunun müraciətini, “Neftçi”nin razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, 9 noyabrda deyil, 3 dekabrda keçirilməsinə qərar verib.