"Liverpul" antirekorda imza atdı

15:26 7 Noyabr 2018

İngiltərənin "Liverpul" klubu antirekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, "Mersisaydlılar" tarixlərində ilk dəfə olaraq UEFA Çempionlar Liqasında 3 ardıcıl səfər görüşündən məğlubiyyətlə ayrılıb. Çempionlar Liqasının IV turunda Serbiyanın "Srvena Zvezda" komandasına 2:0 hesabı ilə məğlub olan "Liverpul" üçün bu nəticə səfərdə əldə edilən ardıcıl 3-cü məğlubiyyət olub. Bu uğursuz seriya klub tarixinin ən pis göstəricisidir.

 

Qeyd edək ki, İngiltərə təmsilçisi bundan əvvəl Çempionlar Liqasının II turunda "Napoli"yə 1:0, keçən mövsüm yarımfinalda "Roma" komandasına isə 4:2 hesabı ilə məğlub olub.

 


Digər xəbərlər

Xəbər xətti