Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olacaq. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağa və qrupda ilk qələbəsini qazanmağa çalışacaq.
Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən “Qarabağ” səfərdə “Sportinq”ə (0:2), Bakıda isə “Arsenal” (0:4) və “Vorskla”ya (0:1) məğlub olub.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
E qrupu
00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) 0:1
Araz Abdullayev, 13 (pen)
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion