Avropa Liqasının qrup mərhələsinin IV turunun Ukraynada keçirilən "Vorskla" - "Qarabağ" matçında məcburi fasilə yaranıb.
Sportarena.az xəbər verir ki, buna yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, onları meydana atması səbəb olub. 50-ci dəqiqədə baş verən hadisələrdən sonra görüşün hakimləri görüşü bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb.
Oyun bir neçə dəqiqədən sonra davam etdirilib.