Türkiyənin “Alanyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Superliqa təmsilçisi Sərgən Yalçına tapşırılıb. Tərəflər arasında mövsümün sonunadək müqavilə imzalanıb. Lakin o, işinə bu həftəsonu keçiriləcək “Fənərbaxça” ilə matçdan sonra başlayacaq.
Qeyd edək ki, S.Yalçın son olaraq “Konyaspor”u çalışdırıb.