İtaliyada qadın voleybolçular arasında ölkə birinciliyində növbəti oyunlar keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Pomi" 4-cü turda "Cuneo" klubu ilə qarşılaşıb. Doğma meydanda baş tutan görüş "Pomi"nin üstünlüyü ilə keçib. Polina və rəfiqələri 4 hissə davam edən qarşılaşmada azarkeşlərini sevindiriblər - 3:1 (25:18, 17:25, 25:16, 25:18).
Komandasının hesabına 3 xal yazdırdığı matçda hücumçumuz 20 dəfə fərqlənməklə görüşün ən məhsuldar oyunçusu olub. Rəhimova bu xallardan 17-ni hücumda, 2-ni eyslə, 1-ni isə blokda qazanıb.