Kapitanımız yenə məyus oldu

13:00 12 Noyabr 2018

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva İtaliyada növbəti oyununa çıxıb. 

 

Sportarena.az xəbər verir ki, kapitanımızın şərəfini qoruduğu "Chieri" 4-cü turda "Monza" ilə qarşılaşıb. Səfərdə baş tutan görüşdə Odina və rəfiqələri azarkeşlərini məyus ediblər. 3 hissə davam edən matçda voleybolçumuzun komandası quru hesablı məğlubiyyətlə barışmalı olub - 0:3 (19:25, 17:25, 21:25). 

 

"Chieri"nin növbəti dəfə məğlub olduğu görüşdə Əliyeva 9 dəfə fərqlənib. Kapitanımız xalların hamısını hücumda qazanıb.

 


Digər xəbərlər

Xəbər xətti