Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, Rusiyanın “Krasnodar” klubundan dəvət olunmuş Ruslan Rzayev komandasının son oyununda zədələndəyi üçün yığmanın toplanışına qatılmayıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 15-də, “Dalğa Arena”da Ukrayna, 19-da isə Zenitsa şəhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu keçirəcək.