19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, Tiflisdə keçiriləcək matçı Belçika və Gürcüstandan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi belçikalı Erik Lambrext olacaq. Baş hakimin köməkçiləri belçikalı Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili olacaq. Matçın dördüncü hakimi funksiyasını isə gürcüstanlı Aleko Aptsiauri yerinə yetirəcək.
Azərbaycan - İsrail matçı sabah, saat 14:00-da başlayacaq.