İranlı qadınlar 39 ildən sonra ilk dəfə stadionda matç izlədi - VİDEO+FOTOLAR

15:01 13 Noyabr 2018

Asiya Çempionlar Liqasının finalının cavab görüşündə İranın “Persepolis” və Yaponiyanın “Kashima Antlers” komandaları üz-üzə gəliblər.

 

Sportarena.az xəbər verir ki, oyun qolsuz bərabərliklə yekunlaşıb. İlk oyunda 2:0 hesabı ilə qalib gələn Yaponiya klubu çempion adına layiq görülüb. “Persepolis”in məğlub olmasına baxmayaraq, bu görüş İran futbol tarixinə düşüb. Belə ki, İranda qadın azarkeşlər 39 ildən sonra ilk dəfə məhz bu görüşü stadiondan izləyiblər. Stadionda 500-ə yaxın qadının olduğu bildirilib.

 

Qeyd edək ki, 1979-cu il İran İnqilabından sonra qadınlar kişilərin olduğu turnirlərə qatıla bilmirdi. 


Digər xəbərlər

Xəbər xətti