La Liqa klubunda baş məşqçi dəyişikliyi

17:24 13 Noyabr 2018

İspaniyanın “Selta” klubunda baş məşqçisi dəyişikliyi gerçəkləşib.


Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi Antonio Məhəmmədi istefaya göndərib. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Artıq komandaya yeni baş məşqçi də təyin olunub. “Selta” portuqaliyalı mütəxəssis Migel Kardozoya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Kardozo son olaraq Fransanın “Nant” komandasını çalışdırıb. “Selta” hazırda La Liqada 14 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti