AFFA rəsmiləri U-19-un oyununu izləyəcək

13:18 14 Noyabr 2018

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.


Sportarena.az xəbər verir ki, komandamızın Bakı vaxtı ilə saat 14:00-da, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda İsrail yığmasına qarşı keçirəcəyi oyunu izləmək üçün AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov Gürcüstanda səfərdədir


Digər xəbərlər

Xəbər xətti