Klaudio Ranyeri rəsmən "Fulhem"də

16:41 14 Noyabr 2018

İngiltərənin “Fulhem” klubu  baş məşqçisi Slavişa Yokanoviçlə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışları olub. 50 yaşlı çalışdırıcının yerinə bu vəzifəyə Klaudio Ranyeri gətirilib. Müqavilənin müddətdi haqda məlumat verilməyib.

 

Qeyd edək ki, “Yuventus”, “İnter”, “Çelsi” və “Atletiko” kimi klublarda çalışan 67 yaşlı mütəxəsis son olaraq Fransanın “Nants” klubunda işləyib. O, 2015-2016 mövsümündə "Lester"i Premyer Liqanın qalibi edib.


Digər xəbərlər

Xəbər xətti