Millimizin üzvü Polşada ilk qələbəsini qazandı

11:37 15 Noyabr 2018

Polşada çıxış edən voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova növbəti oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Pila" doğma meydanda "Wroclaw" klubu ilə qarşılaşıb. Görüş gərginliyi ilə yadda qalıb. Oyuna yaxşı başlayan meydan sahibləri ilk hissədə qələbəni təmin ediblər. Lakib sonradan üstünlüyü əldən verən Əzizova və rəfiqələri ardıcıl iki setdə uduzublar. Bundan sonra "Pila" yenidən təşəbbüsü ələ keçirib və görüşün taleyini tay-brekə daşıyıb. Həlledici hissədə daha yaxşı mübarizə aparan voleybolçumuzun komandası 3:2 (25:17, 11:25, 18:25, 25:21, 15:8) hesabı ilə qələbə qazanıb. 

 

Qeyd edək ki, bu, "Pila"nın bu ilki çempionatda ilk qələbəsidir. Komanda 3 turdan sonra 2 xalla 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti