Millimizin oyunu Rəvan Həmzəzadəyə tapşırıldı

11:58 15 Noyabr 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Ukrayna ilə yoxlama oyununa hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu gün "Dalğa Arena"da keçiriləcək matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Müslüm Əliyev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü saat 20:00-da başlayacaq. Matç "CBC Sport"  telekanalı vasitəsi ilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti