Məşhur tennisçi karyerasını 29 yaşında bitirdi

13:39 15 Noyabr 2018

Polşalı tennisçi Aqnyeşka Radvanska idman karyerasını bitirdiyni açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı raketka ustası ardıcıl zədələr ucbatından bu addımı atıb: "Təəssüf ki, böyük həvəslə idman edə bilmirəm. Artıq bədənim istədiklərimi etməyə imkan vermir. 13 ildir professional olaraq oynadığm tennisdən gedirəm".

 

Qeyd edək ki, karyerasında 20 turnirdə qalib gələn Radvanska 2015-ci ildə "Böyük Dəbilqə" seriyasının çempionu olmuşdu. Bir ara dünya reytinqində 2-ci pilləyə qədər yüksləmişdi.


Digər xəbərlər

Xəbər xətti