“Neftçi” “Baku City” ilə bərabərliyə razılaşdı

17:04 15 Noyabr 2018

“Neftçi”nin əvəzedici komandası hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanovun yetirmələri bu gün “Baku City” klubu ilə yoxlama görüşü keçirib. ADBTİA-nın stadionunda baş tutan oyunda heç-heçə qeydə alınıb – 1:1. “Neftçi-2”-nin qoluna Elvin İmanlı imza atıb.

 

Qeyd edək ki, Birinci Divizionda növbəti görüşünü noyabrın 23-də səfərdə MOİK-ə qarşı keçirəcək "Neftçi-2” 9 oyundan 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti