Yığmamızı qarşıda 2 vacib oyun gözləyir.
Sportarena.az xəbər verir ki, komandamız Millətlər Liqasında qrupdan çıxmaq istəyir. Bunun üçün əvvəlcə Farer adalarını noyabrın 17-də Bakı Olimpiya Stadionunda məğlub etmək, bundan 3 gün sonra isə Priştinada Kosovonu üstələmək lazımdı. Bu halda millimiz I Divizionunda qrupdan çıxacaq. UEFA-nın tərtib etdiyi reqlamentə əsasən, yalnız qrup liderləri pley-off mərhələsinə vəsiqə qazandığından, komandamızın qələbə qazanmaqdan başqa yolu yoxdu.
Ötən turlarda 1 uduşu və 3 heç-heçəsi olan kollektiv qarşısına qoyulan məqsədə çatarsa, böyük mükaat əldə edəcək. AFFA prezidenti Rövnəq Abdullayev hər futbolçuya 50000 manat ənam ayırıb (Sportinfo.az).