İtaliyada çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova növbəti oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Pomi" 5-ci turda "Lardini" klubunu qəbul edib. Doğma meydanda baş tutan görüş Polina və rəfiqələrinin üstünlüyü ilə keçib. "Pomi" 3 hissə davam edən matçda quru hesablı (3:0 (25:21, 25:19, 25:22)) qələbə qazanıb. Bu qələbədən sonra xallarını 12-ə çatdıran "Pomi" turnir cədvəlində liderliyə yüksəlib.
Yığmamızın üzvü bu qarşılaşmada 14 dəfə fərqlənməklə ən məhsuldar iki voleybolçudan biri olub. Rəhimova xallardan 12-ni hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb.