"Atalanta Yunayted"in baş məşqçisi Xerardo Martino iş yerini dəyişib.
Sportarena.az xəbər verir ki, argentinalı bundan sonra Meksika millisini çalışdıracaq. 55 yaşlı məşqçi ölkənin futbol federasiyası ilə dörd illik müqavilə imzalayıb. İllik 8,8 milyon dollar məvacib alacaq. Martino bu il Amerika "MLS"də ilin ən yaxşı məşqçisi seçilib.
Çalışdırıcı əvvəllər "Barselona" klubunda, həmçinin Argentina və Paraqvay millisində işləyib.