Rəşad Sadıqov: "Hücumda istədiyimizi edə bilmədik"

23:51 15 Noyabr 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov Ukraynanın U-20 millisinə qarşı keçirilmiş yoxlama oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:

 

“Komandanın oyunundan razı qaldım. Topa nəzarət etməyə çalışdıq, amma hücumda istədiyimizi edə bilmədik. Oyunun 60-cı dəqiqəsindən sonra meydanda açıq futbol izlədik. Futbolçumuz zədələndiyi və azlıqda qaldığımız zaman diqqətli olmalıydıq. Təəssüf ki, həmin anda qol buraxdıq. Meydanda taktiki mübarizənin getdiyini qeyd edə bilərəm. Bu gün 5 müdafiəçi ilə oynamağımız rəqibə uyğun seçim idi. Ancaq bir neçə taktiki sxem üzərində məşqlər edirik”.


Digər xəbərlər

Xəbər xətti