İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib.
Sportarena.az xəbər verir ki, Tebas "Mançester Siti", PSJ kimi klubların qanunsuz işlərinin "Football Leaks" tərəfindən aşkara çıxarılmasından danışıb. O, UEFA-nın məsələyə gec baş qoşduğunu deyib:
"Football Leaks" bu araşdırmaları ilə göstərdi ki, UEFA düzgün çalışmır. Mənim üçün "Mançester Siti" və PSJ barədə qanunsuzluqlar sürpriz olmadı. UEFA-nın bu məsələyə dərhal baxması lazımdı. Artıq onlar gecikirlər. PSJ ən azı bir mövsüm ÇL-dən uzaqlaşdırılmalı idi".