Bu gün Millətlər Liqasında V turun son oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, D Liqasının III qrupunda mübarizə aparan Azərbaycan millisi Farer adalarını qəbul edəcək. Bakı Olimpiya Stadionundakı oyun saat 21:00-da başlayacaq. Bu, millimizin qrupda sonuncu ev oyunudu.
Yığmamızın 1-ci yer uğrunda mübarizədəki əsas rəqibi Kosovo isə səfərdə Maltanın qonağı olacaq.
Millətlər Liqası
V tur, 17 noyabr
D Liqası, III qrup
21:00. Azərbaycan – Farer adaları 2:0 Qol, Dmitri Nazarov, 18, Mahir Mədətov, 27
Baş hakim: Dmitris Masias
Yan xətt hakimləri: Marios Kalogirou, Yannis Lazarou
Əlavə hakimlər: Vasilis Dimitriou, Lukas Sotiriou
Dördüncü hakim: Omiros Tziortzis (hamısı Kipr)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya)
Bakı Olimpiya Stadionu.
1. Kosovo 4 2 2 0 6-2 8
2. Azərbaycan 4 1 3 0 5-2 6
3. Farer adaları 4 1 1 2 4-7 4
4. Malta 4 0 2 2 4-8 2