Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə silahlı qüvvələrində ilk təlimləri başa vurub.
Sportarena.az xəbər verir ki, 200 m məsafədə dünya və Avropa çempionu olan idmançı hərbi xidmətdə əsgər andı içib. Quliyev ödənişli qısamüddətli xidmət üçün hərbiyə cəlb olunan 417 nəfər sırasında yer alıb.
Qeyd edək ki, Ramil 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu adını qazanıb.