Millimiz Gürcüstana qalib gəldi

19:00 17 Noyabr 2018

19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Tbilisi şəhərindəki Mixail Mesxi adına stadiondakı matçda yığmamız 0-1 hesabı ilə geri düşdüyü oyunda qalib gəlib - 2:1.

 

Qrupun digər matçında İsrail Lixtenşteynə 2:1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, qrupdakı ilk oyununda millimiz İsrailə 1:4 hesabı ilə uduzmuşdu. İsrail 6 xalla qrupda liderdi. Millimiz 3 xalla 2-cidir. Eyni xala malik olan Gürcüstan 3-cü, xalı olmayan Lixtenşteyn isə sonuncudu.


Avropa çempionatının seçmə mərhələsi

1-ci qrup, 2-ci tur

17 noyabr

 

17:00. Gürcüstan - Azərbaycan - 1:2
Qollar: Levan Kharabadze 45+1 - Tural Bayramov, 66, Zahid Mərdanov, 70

Hakimlər: Donatas Rumşas, Aleksandr Radius (hər ikisi Litva), Karel De Rocker, Erik Lambrexts (hər ikisi Belçika)


Digər xəbərlər

Xəbər xətti