Kosovo - Azərbaycan oyununun hakimləri açıqlandı

17:28 17 Noyabr 2018

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Kosovo ilə səfər matçı üçün təyinalar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördünücü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, noyabrın 20-də Priştinada “Fadil Vokkri” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Azərbaycan millisi bu gün V tur çərçivəsində Farer adaları kollektivini qəbul edəcək. 


Digər xəbərlər

Xəbər xətti