Bu gün Millətlər Liqasında V turun son oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, D Liqasının III qrupunda mübarizə aparan Azərbaycan millisi Farer adalarını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma millimizin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Yığmamızın 1-ci yer uğrunda mübarizədəki əsas rəqibi Kosovo isə səfərdə Maltanı darmadağın edib - 5:0.
Millimiz qrupun son matçında Kosovonun qonağı olacaq.
Millətlər Liqası
V tur, 17 noyabr
D Liqası, III qrup
Azərbaycan – Farer adaları - 2:0
Qollar: Raqnar Nattestad, 18 (avtoqol), Mahir Mədətov, 28