19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasnın baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Gürcüstana qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Ağır qarşılaşma oldu. Rəqibimiz güclü futbolçulardan təşkil olunmuş komandadı. Çox istəkli idik. Futbolçularım xarakter göstərdilər. Taktiki planda etdiyimiz dəyişikliklər bəhrəsini verdi. Qələbəyə baxmayaraq, çalışmalarımızı davam etdirməliyik. Futbolçularıma inanıram. Hələ heç nə dəqiqləşməyib və buna görə də qrupdakı son oyunumuza ciddi hazırlaşacağıq. Nəticə baxımından bizim üçün finala bərabər qarşılaşma olacaq”