Qadın voleybolçular arasında Rusiya birinciliyində növbəti turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Yelizaveta Səmədovanın formasını geyindiyi "Leninqradka" 2-ci turda "Saxalin"i qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. 3 set davam edən qarşılaşmada hücymçumuzun komandası quru hesablı qələbəyə sevinib - 3:0 (25:16, 26:24, 25:17).
Komandasının ilk xallarını qazandığı oyunda Səmədova qonaqları 15 dəfə məyus edib. Voleybolçumuz bu xallardan 13-nü hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb.