Almeyda 2-ci, Qarayev 5-ci oldu

14:24 18 Noyabr 2018

UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turunun qarşılaşmalarından sonra statistik göstəricilər açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar. Almeyda 401 dəqiq ötürmə ilə 2-ci, Qarayev 358 dəqiq ötürmə ilə 5-cidi. Siyahının 4-cü pilləsində "Qəbələ"nin və "Keşlə"nin sabiq gürcüstanlı futbolçusu Nika Kvekveskiri qərarlaşıb.

 

1. Serxio Ramos (İspaniya) - 433

2. Riçard Almeyda (Azərbaycan) - 401

3. Aleksandru Epureanu (Rumıniya) - 365

4. Nika Kvekveskiri (Gürcüstan) - 362

5. Qara Qarayev (Azərbaycan) - 358

 

Liqada 5 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviç və Ermənistan yığmasının hücumçusu Yura Movsisyan ilk iki pilləni böülüşürlər.

 

Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodu (5).

 

Millətlər Liqasında ən çox qurtarış edən qapıçı San Marino millisinin qolkiperi Elia Benedettinidi (34).


Digər xəbərlər

Xəbər xətti