UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.
Sportarena.az xəbər verir ki, Bolqarıstanın VİA aviaşirkətinə məxsus çarter reysli təyyarə 3 saatlıq uçuşdan sonra ünvana çatıb. Azərbaycan nümayəndə heyəti Hava limanından otelə yollanıb. Bu gün istirahət edəcək yığma üzvləri noyabrın 19-da Fadil Vokkri adına stadionda məşqə çıxacaq. Baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da futbolçulardan biri ilə mətbuat konfransı keçirəcək. Elə həmin arenada noyabrın 20-də təşkil olunacaq qarşılaşma saat 23:45-də başlanacaq.
Qeyd edək ki, hazırda Kosovo paytaxtında qarlı hava şəraiti müşahidə olunur.
Bundan əvvəl Azərbaycan yığması Farer adaları millisini məğlub edib.