Millimizin üzvündən növbəti qələbə

10:56 19 Noyabr 2018

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununu keçirib. 


Sportarena.az xəbər verir ki, blokçunuzun formasını geyindiyi "Vasas" 8-ci turda "Fatum" klubu ilə qarşılaşıb. Doğma meydanda baş tutan görüş "Vasas" üçün uğurlu alınıb. 4 hissə davam edən oyunda rəqibə yalnız bir setdə sevinmək imkanı verən meydan sahibləri 3:1 (25:22, 28:26, 23:25, 25:18) hesabı ilə qələbə qazanıblar. Komandasının növbəti xallarını qazandığı qarşılaşmada yığmamızın üzvü 7 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 1-ni isə blokda qazanıb.


Qeyd edək ki, "Vasas" səkkiz turdan sonra 22 xalla çempionatda liderliyini davam etdirir.


Digər xəbərlər

Xəbər xətti