Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar olacaq.
Sportarena.az xəbər verir ki, 5 qrupda ümumilikdə 9 qarşılaşma keçiriləcək. A Liqasının 1-ci qrupunda səfərdə Almaniyanın qonağı olacaq Hollandiya seçməsi pley-offa yüksəlmək üçün rəqibinə uduzmamalıdır. B Liqasının 1-ci qrupunda Çexiya - Slovakiya oyunu qrup sonuncusunu müəyyənləşdirmək baxımından önəmli olacaq. Həmin liqanın 4-cü qrupunda Danimarka - İrlandiya və D liqasının 1-ci qrupunda Andorra - Latviya və Gürcüstan - Qazaxıstan matçları isə formal xarakter daşıyır. C liqasında da final mərhələsinə vəsiqənin sahibi məhz bu tur müəyyənləşəcək. Eyni xala (10) malik Norveç səfərdə Kipr, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan isə evdə Sloveniya ilə ü-üzə gələcək.
D liqasının 4-cü qrupunda isə Makedoniya Cəbəllütariqi, Lixtenşteyn isə Ermənistanı qəbul edəcək. 12 xalla qrupda lider olan makedoniyalılara pley-offa çıxmaq üçün 1 xal da kifayət edəcək.
Millətlər Liqası
VI tur
19 noyabr
A Liqası
1-ci qrup
23:45. Almaniya - Hollandiya 2:2
Qollar: Verner, 9. Sane, 20 - Promes, 85. Van Deyk, 90.
B Liqası
1-ci qrup
23:45.
Çexiya - Slovakiya 1:0
Qol: P.Şik, 32.
4-cü qrup
Danimarka - İrlandiya 0:0
C Liqası
3-cü qrup
23:45. Bolqarıstan - Sloveniya - 1:1
Qol: İvanov, 68 - Zayç, 75.
23:45. Kipr – Norveç - 0:2
Qol: O.Kamara, 36; 48.
1-ci qrup
D Liqası
21:00. Gürcüstan - Qazaxıstan – 2:1
Qollar: G. Merabaşvili, 59 (1:0), G. Çakvetadze, 84 (2:0), O, Omirtayev, 90 (2:1)
21:00. Andorra – Latviya - 0:1
23:45. Makedoniya - Cəbəllütariq - 4:0
Qol: Bardi, 27. Nestorovski, 67; 80. Traykovski, 90.
4-cü qrup
23:45. Lixtenşteyn – Ermənistan - 2:2
Qollar: Buşel, 44, Hasler, 47 - Adamyan, 9, Karapetyan, 85