UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığmasını Priştina şəhəri Adem Yaşari adına hava limanında cəmi bir azərbaycanlı azarkeş qarşılayıb. Həmin gənc "Azərbaycan-Azərbaycan!" qışqıraraq millinin oyunçuları ilə görüşüb.
Sportarena.az xəbər verir ki, bu hadisə sosial mediada müzakirələrə səbəb olub. Daha sonra isə millini qarşılayan şəxsin "Milli dəstə” azarkeş qrupunun üzvü Şamil Mustafayev olduğu bildirilib.
Ş.Mustafayev bununla bağlı olaraq sosial media hesabında bu sözləri yazıb: “Təvazökarlıqdan uzaq, millini tək qarşılamaqda xüsusi bir şey görmürəm. İstənilən tribuna uşağı istər millini, istərsə də klubunu tək qarşılayıb və qarşılayar. Sadəcə bizdə vəziyyət elədir ki, matçlar uzaq ölkələrə düşür və ya həmin ölkədə azərbaycanlı yaşamır. İstənilən halda isə dəstəyə görə təşəkkürlər. İnşallah, qalib gələrik. Komandadakı özünəinam Farerlə səfər oyunu öncəsi də oxşar idi. Ona görə yaxşı olacağına inanıram. Həm də çox həyəcanlıyam”.
Həmçinin o qeyd edib ki, millini tək yox, Karim adlı şəxslə qarşılayıb: “Sadəcə hələ ki, Karim bəstələri bilmirdi deyə mənə qoşulmayıb".
Nuh TARVERDİYEV