Yüksək Liqada 10-cu turun hakim təyinatları açıqlandı

22:40 19 Noyabr 2018

Futzal üzrə Yüksək Liqada 10-cu turun noyabrın 21-də, “Olimpik Star”da keçiriləcək iki oyununa təyinatlar açıqlanıb.


Sportarena.az xəbər verir ki, turun “Neftçi” İK - “Liman” oyunu hər iki komandanın razılığı ilə qeyri-müəyyən vaxta təxirə salınıb. Yeri gəlmişkən, 10-cu turda “Yasamal” İSK ilə qarşılaşacaq “Araz” daha bir oyunçusunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, Adəm Həbibov “Xəzər Cənub”la oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Buna qədər futzalçının passivində 3 sarı vərəqə var idi. 

 

Qeyd edək ki, “Araz”ın hər ikisi qapıçısı – Rövşən Hüseynli və Kamran Hacıyev də qırmızı vərəqə cəzalıdı.


Yüksək Liqa
10-cu tur
21 noyabr 


Araz - Yasamal İSK
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Kənan Məlikov.
Hakim-inspektor: Asim Xudiyev.
Olimpik Star. Saat 14:30.


EKOL - Xəzər Cənub
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Azər Əsgərov.
Hakim-inspektor: Murad Məmmədov.
Olimpik Star. Saat 16:30.


Digər xəbərlər

Xəbər xətti