Bu gün Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, D liqasında mübarizə aparan milli komandamız son matçında səfərdə Kosovo ilə üz-üzə gələcək. Bunadək keçirdiyi 5 görüşdə məğlub olmayan yığmaların dueli maraqla gözlənilir. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a yüksəlmək üçün mütləq liderə qalib gəlməlidir.
20 noyabr
D Liqası
23:45 Kosovo - Azərbaycan 4:0
Qol: Zeneli, 2, 49, 76, Amir Rrahmani, 61
Baş hakim: Benua Miyo
Yan xətt hakimləri: Mehdi Rahmuni, Bertrand Yoannu
Əlavə hakimlər: Frank Şneyder, Kərim Abed
Dördüncü hakim: Benjamin Pajes (hamısı Fransa)
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)
UEFA nümayəndəsi: Antonio Talyariko (İtaliya)
Priştina. Fadil Vokkri adına stadion.