Rəşad Sadıqov: “Daha yaxşı oynaya biləcəyimizi düşünürəm”

11:18 20 Noyabr 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqov Bosniya və Herseqovinaya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.


Sportarena.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətdən sonra bunları söyləyib: “Oyunumuzdan razı qalmadım. Topa nəzarət etməyə çalışırdıq. Eyni zamanda, oyuna nəzarəti də əlimizdə saxlamaq istəyirdik. Ancaq daha yaxşı oynamalıyıq. İstər müdafiədə, istərsə də hücumda bundan yaxşı təsir bağışlamalıydıq. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm”.


Digər xəbərlər

Xəbər xətti