Voleybol toplarının dizaynı dəyişdirildi

17:07 20 Noyabr 2018

Voleybol yarışlarında istifadə olunan Mikasa toplarının dizaynı dəyişdirilib. 

 

Sportarena.az xəbər verir ki, topların dizaynı ilə yanaşı, keyfiyəətində də dəyişiklik olunub. Bir neçə gün əvvəl Kankun şəhərində təşkil olunan Beynəlxalq Voleybol Federasiyasının (FİVB) Konqresində yeni topların təqdimatı keçirilib. Yeni dizayn top hərəkətini yaxşılaşdırır və oyunçulara daha çox nəzarət verən mükəmməl balansa, 18 panelli aerodinamikliyə malikdir. Görünüşünün də yaxşılaşdırılması sayəsində, bu top oyun keyfiyyətini optimallaşdırır və meydanda həyəcanı artırır. İkiqatlı mikrofiber səthi topun trayektoriyasını stabilləşdirir və topa nəzarəti yaxşılaşdırır.

 

"Nano Balloon Silica" anti-tər funksionallığı isə oyun zamanı topun səthində sürüşməyə mane olur. FİVB-nin homoloqasiya standartlarını üstələyən top son altı ay ərzində aparıcı milli komandalar və klublar tərəfindən ciddi test protokollarını da keçib.

 


Digər xəbərlər

Xəbər xətti