“Torino” futbolçusu Yaqo Falkenin müqaviləsinin müddətini uzadıb.
Sportarena.az xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı futbolçu ilə müddəti 2022-ci ilə qədər olan yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Falke cari mövsümdə “Torino” formasıyla 10 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
İspan futbolçuyla “Sevilya” yaxından maraqlanırdı.