Fərid Cəlalov: "Avopa Çempionatının final mərhələsində iştirak edə bilərik"

16:25 20 Noyabr 2018

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa Çempionatının təsnifat mərhələsində növbəti oyunlarını gələn il keçiriəcək. 

 

Sportarena.az xəbər verir ki, komandamızın görüşləri 2019-cu ilin yanvar ayında baş tutacaq. 

 

Yığmamızın baş məşqçisi Fərid Calalov voleybolçularımızın hazırlıqlarından danışıb: "İlk dəfədir ki, Avopa Çempionatının final mərhələsində iştirak edə bilərik. Bildiyiniz kimi, yayda təsnifat oyunlarından sonra oyunçular istirahətə göndərilib. Komandamız artıq məşqlərə start verib. Məşqlərimiz Lokomotiv voleybol klubunun idman zalında keçir. 10 günlük fiziki hazırlıqdan sonra bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Amma hazırda kimlərlə oynayacağımız barədə danışıqlar aparırıq. Komandalar müəyyən olunduqdan sonra voleybolsevərləri məlumatlandıracağıq".

 

 


Digər xəbərlər

Xəbər xətti