“Atletik” futbolçusu İker Muniainin müqaviləsinin müddətini artırıb.
Sportarena.az xəbər verir ki, Bilbao təmsilçisi 25 yaşlı futbolçu ilə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin başqa detalları açıqlanmayıb.
Muniain cari mövsümdə “Atletik” formasıyla 11 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.