İspaniyanın "Barselona" klubu üç mövsüm ərzində "Liverpul"dan futbolçu ala bilməyəcək.
Sportarena.az xəbər verir ki, bu razılaşma braziliyalı Koutinyonun "Liverpul"dan "Barselona"ya keçidi zamanı əldə olunub. Sənədə əsasən, ispanlar 2021-ci ilədək "Liverpul"un oyunçularının transferlərinə dair danışıqlar apara bilməyəcəklər.
Qeyd edək ki, Koutinyo üçün "Barsa" 120 milyon avro xərcləyib.