UFC çempionu Həbib Nurməhəmmədovun amerikalı boksçu Floyd Meyvezerlə döyüşü yalnız birincinin şirkətlə olan müqaviləsi bitdikdən sonra mümkün ola bilər.
Sportarena.az xəbər verir ki, bu məlumatı TMZ portalı H. Nurməhəmmədovun meneceri Əli Abdel-Əzizə istinadən yayıb. Bildirilir ki, dağıstanlı döyüşçü UFC rəhbəri Dana Uaytın qərarına hörmətsizlik etmək istəmir. Qeyd edək ki, D. Uayt H. Nurməhəmmədova döyüşdə boks qaydaları ilə iştirak etməyi qadağan edib.
H. Nurməhəmmədov UFC ilə müqaviləsi bitəndən sonra, yani 2019-cu ildə Meyvezerlə döyüşməyə hazırdır.