"Sumqayıt" qalib gəldi, "Turan Tovuz" uduzdu

16:52 22 Noyabr 2018

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 11-ci tura start verilib.


Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub. “Şüvəlan” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb. “Sumqayıt”ın əvəzediciləri də doğma meydanda “Kəpəz”i minimal hesabla məğlub edib.


Səfərdə “Ağsu”nun qonağı olan “Qaradağ Lökbatan” isə darmadağına sevinib.


Birinci Divizion
11-ci tur
22 noyabr


“Şüvəlan” – “Turan Tovuz” 3:1
Qol: Azər İsmayılov, 42. Raul Süleymanzadə, 78. Akif Tağıyev, 84-pen – Elçin Qasımov, 73.
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Bakı. “AZAL Arena”.


“Sumqayıt-2” – “Kəpəz” 1:0
Qol: Elvin Nəsibov, 41.
Hakimlər: Ramil Əhmədov, Zöhrab Abbasov, Rəşadət Cəfərov, Nahid Xasıyev.
Sumqayıt. "Sumqayıt Arena" (ehtiyat meydança).


“Ağsu” – “Qaradağ Lökbatan” 0:4
Qol: Tofiq Mikayılov, 31; 80. Bəhruz Teymurov, 78. Niyazi Qasımzadə, 90.
Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Ağsu şəhər stadionu.


Turun digər oyunları sabah keçiriləcək: 


“Zirə-2” – “Keşlə-2” 
“Səbail-2” – “Sabah-2” 
“Qarabağ-2” – “Zaqatala” 
MOİK – “Neftçi-2”


Digər xəbərlər

Xəbər xətti