Bu gün AFFA-nın inzibati binasında profilaktik və maarifləndirici tədbirlər məqsədilə birinci divizionda mübarizə aparan klubların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Sportarena.az xəbər verir ki, görüşdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli çıxış ediblər. Klublarda bu istiqamətdə marifləndirici işlərin aparılmasının vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırılıb. Klub lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubların gənclər komandalarına marifləndirici xarakterli təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub.
Klublarda danışılmış oyunlarla bağlı əlaqələndirici şəxsin olması təklif olunub.